Rәsulayna sızmağa cәhd göstәrәn terrorçular zәrәsizlәşdirilib

Suriya Milli Ordusuna sadiq olan hәrbçilәr Rәsulayn qәsәbәsinә sızmağa cәhd göstәrәn YPG/PKK terror tәşkilatının 4 üzvünü zәrәsizlәşdirib.

1484581
Rәsulayna sızmağa cәhd göstәrәn terrorçular zәrәsizlәşdirilib

Suriya Milli Ordusuna sadiq olan hәrbçilәr Rәsulayn qәsәbәsinә sızmağa cәhd göstәrәn YPG/PKK terror tәşkilatının 4 üzvünü zәrәsizlәşdirib.

Mәlumata әsasәn, terrorçular Suriya Milli Ordusunun  Rәsulaynın cәnubunda yerlәşәn İnak әl-Hava kәndi yaxınlığındakı cәbhә xәttinә sızmağa cәhd göstәrib.

Hadisә nәticәsindә Suriya Milli Ordusu ilә terrorçular arasında qarşıdurma yaşanıb.

Qarşıdurma nәticәsindә 4 terrorçu zәrәsizlәşdirilib vә terrorçulara mәxsus silah vә sursat әlә keçirilib.



Әlaqәli Xәbәrlәr