Bәşәr Әsәd rejimi dörd ildә 13 mindәn çox mülki vәtәndaşın hәyatına son qoyub

Bu barәdә Suriyanın  İnsan Hüquqları üzrә Rәsәdxanası hesabat yayımlayıb.

1480694
Bәşәr Әsәd rejimi dörd ildә 13 mindәn çox mülki vәtәndaşın hәyatına son qoyub

 

Bәşәr Әsәd rejimi son dörd ildә azı 13 min 278 vәtәndaşı öldürüb, 18 min 600-dәn çox mülki vәtәndaşı da saxlayıb.

Bu barәdә Suriyanın  İnsan Hüquqları üzrә Rәsәdxanası hesabat yayımlayıb. Mәlumatda bununla bağlı hesabatın BMT-nin  İnsan Hüquqları üzrә  Komitәsinә tәqdim edildiyi bildirilib.

Hesabata әsasәn,  Bәşәr Әsәd rejimi dörd ildә 2 min 773-ü uşaq, 1445-i dә qadın olmaqla azı 13 min 278 mülki vәtәndaşın hәyatına son qoyub. Bәşәr Әsәd rejiminin bu müddәt әrzindә 52 dәfә kimyәvi hücum hәyata keçirdiyi bildirilib. Rejimә sadiq qüvvәlәrin müxaliflәrin nәzarindәki bölgәlәri mühasirәyә alması nәticәsindә 109 mülki vәtәndaşın da öldüyü vurğulanıb.



Әlaqәli Xәbәrlәr