Suriyanın Azəz bölgəsində terror təşkilatı PKK/YPG-nin hücumu

PKK/YPG tərəfindən bomba yerləşdirilmiş bir avtomobilin partladılması nəticəsində ilkin məlumata görə dinc vətəndaşlardan 5-i həlak olub,

1457908
Suriyanın Azəz bölgəsində terror təşkilatı PKK/YPG-nin hücumu

Suriyanın Azəz bölgəsində terror təşkilatı PKK/YPG tərəfindən bomba yerləşdirilmiş bir avtomobilin partladılması nəticəsində ilkin məlumata görə dinc vətəndaşlardan 5-i həlak olub, 85-i isə yaralanıb.
Müxalifətin nəzarətindəki Azəzin Siccu kəndində törədilən partlayışda yaralananlar bölgədəki və Türkiyədəki xəstəxanalara yerləşiriliblər.
Təhlükəsizlik qaynaqları terrordan təmizlənmiş bölgələrdə bombalı hücumların terror təşkilatı YPG/PKK tərəfindən həyata keçirildiyini bildirsə də, mülki vətəndaşlara zərər verildiyi üçün təşkilatın bunun məsuliyyətini üzərinə götürməkdən imtina etdiyini bildirir.
Qeyd edək ki, iyulun 19-da səhər radələrində Afrin qəsəbəsinin mərkəzində Suriya Milli Ordusunun nəqliyyat vasitəsinə yerləşdirilən bomba partladılmış və 13 nəfər xəsarət almışdı. 
YPG/PKK terrorçuları Türkiyə ilə Rusiya arasında 22 oktyabr 2019-cu ildə qəbul edilən razılaşmaya əsasən ayrılmaları lazıl gələn Tel Rifat qəsəbəsindən tez-tez Bab, Cerablus və Afrin bölgələrini hədəf götürərək terror aktları həyata keçirir.



Әlaqәli Xәbәrlәr