İranda klinikalardan birində güclü partlayış baş verib

İranın paytaxtı Tehranda klinikalardan birində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 19 nəfər həlak olub.

1446706
İranda klinikalardan birində güclü partlayış baş verib

İranın paytaxtı Tehranda klinikalardan birində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 19 nəfər həlak olub.
İranın rəsmi agentliyi "İRNA"-nın verdiyi xəbərə görə, Şeriati küçəsindəki bir klinikada baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 6 nəfər yaralanıb.
Həyatını itirənlərdən 15-nin qadın olduğu bildirilib.
Tehran prokuroru Əli El-Kasi Mehr dövlət televiziyasına bildirib ki, partlayış klinikanın əməliyyat bölməsində yerləşən üç oksigen çənindən baş verib.
Digər tərəfdən partlayış səbəbiylə ətrafdakı binaların şüşələri sınıb. Hadisədən sonra Şeriati küçəsi yol hərəkətinə bağlanıb və əraziyə çoxlu sayda təhlükəsizlik qüvvəsi cəlb olunub və genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr