Suriyada 14 min 388 adam işgәncәyə məruz qalıb

Suriyada 2011-ci ilin mart ayından etibarәn әksәriyyәti Bәşәr Әsәd rejimi tәrәfindәn olmaqla 14 min 388 nәfәr öldürülüb.

1443272
Suriyada 14 min 388 adam işgәncәyə məruz qalıb

 

 

Suriyada 2011-ci ilin mart ayından etibarәn әksәriyyәti Bәşәr Әsәd rejimi tәrәfindәn olmaqla 14 min 388 nәfәr öldürülüb.

Suriya İnsan Haqları Rәsәdxanası 26 İyun İşgәncәlәrә Mәruz Qalanların Beynәlxalq Hәmrәylik Günü münasibәtilә hesabat hazırlayıb.

Hesabata әsasәn, Suriyada 2011-ci ilin mart ayından etibarәn 177-si uşaq, 63 dә qadın olmaqla 14 min 388 nәfәr işgәncәlәr nәticәsindә hәyatını itirib.

Terror tәşkilatı YPG/PKK 1-i uşaq, 2-si dә qadın olmaqla ümumilikdә 52, terror tәşkilatı DEAŞ isә 1-i uşaq, 14-ü dә qadın olmaqla 32 mülki vәtәndaşa  işgәncә edәrәk öldürüb.

Hәrbi müxaliflәr vә rejimә qarşı olan silahlı qruplar isә 2-si uşaq, 1-i dә qadın olmaqla 69 adamın ölmәsinә sәbәb olub.

Hesabatda Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәrin vәtәndaş müharibәsi әrzindә 1,2 milyon suriyalıya işgәncә edәrәk öldürdüyü bildirilib.

Müxaliflәrin mәlumatına görә, hazırda rejim qüvvәlәrinin hәbsxanalarında azı 500 min adam var.



Әlaqәli Xәbәrlәr