Rusiya NATO-ya qarşı tədbirlər görmək məcburiyyətindədir

Rusiya Prezident Administrasiyası mətbuat katibi Dmitri Peskov NATO-nun öz hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə doğru genişlətməsinə qarşı tədbirlər görmək məcburiyyətində olduqlarını söylədi

1437145
Rusiya NATO-ya qarşı tədbirlər görmək məcburiyyətindədir

 

  Rusiya Prezident Administrasiyası mətbuat katibi Dmitri Peskov NATO-nun öz hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə doğru genişlətməsinə qarşı tədbirlər görmək məcburiyyətində olduqlarını söylədi.

  Paytaxt Moskvada etdiyi şərhdə D.Peskov bildirib: “NATO Ukraynaya “İnkişaf etmiş səlahiyyətlərə sahib ortaqlıq status” verib. Bunun Avropada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə təsir edəcəyini düşünmürük. NATO öz hərbi qüvvələrini Rusiyanın sərhədlərinə dirəyir. Buna qarşı Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görmək məcburiyyətindədir." NATO "qarşılıq vasitəsi" olaraq yaradılıb. Təşkilatın fərqli yollarla yeni ölkələri necə içinə almasını diqqətlə təqib edirik."

  Qeyd edək ki, keçən həftə NATO Ukraynaya "İnkişaf etdirilmiş fürsətlər ortağı statusu” verdi və Ukrayna hökuməti də bu qərarı məmnuniyyətlə qarşıladığını bildirdi.



Әlaqәli Xәbәrlәr