Rәsulaynda terror aktı törәdilib

Suriyanın şimalındakı Rәsulaynda minalanmış motosikletlә törәdilәn terror aktı nәticәsindә bir dinc sakin hәlak olub.

1428292
Rәsulaynda terror aktı törәdilib

 

Suriyanın şimalındakı Rәsulaynda minalanmış motosikletlә törәdilәn terror aktı nәticәsindә bir dinc sakin hәlak olub.

‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә  terrorçulardan tәmizlәnәn Rәsulaynın Menacir bölgәsindә terror aktı törәdilib. Partlayış zamanı әtrafdakı tikililәrә dә ciddi ziyan dәyib.

Tәhlükәsizlik qüvvәlәri hücumun  terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyini istisna etmir.

Ayn İsa vә Tel Temır bölgәlәrindәki mövcudluğunu davam etdirәn terror tәşkilatı YPG/PKK ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Rәsulayn vә Tel Abyad bölgәlәrini vaxtaşırı hәdәf alır.



Әlaqәli Xәbәrlәr