Afrində terror aktı nəticəsində 40 nəfər ölüb

Suriyanın Afrin qəsəbəsinin mərkəzində minalanmış neft tankerinin partlaması nəticəsində mülki şəxslərdən ən az 40 nəfər həlak olub, onlarla insan yaralanıb.

1407036
Afrində terror aktı nəticəsində 40 nəfər ölüb

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Suriyanın Afrin qəsəbəsinin mərkəzində mülki şəxslərin sıxlıqda olduğu Racu küçəsində minalanmış neft tankerinin partlaması nəticəsində mülki şəxslərdən ən az 40 nəfər həlak olub, onlarla insan yaralanıb. Həlak olanlardan 11-nin uşaq olduğu bildirilib.
Partlayış nəticəsində ətrafdakı bir çox binaya ziyan dəyib. Yoldakı avtomobillərdən yanaraq yararsız hala düşənlər olub.
Yaralılar Afrin mərkəzindəki xəstəxanalara aparılıb. Ölənlərin sayının artacağının istisna olunmadığı bildirilib.
Yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG/PKK tərəfindən təşkil edildiyini açıqlayıb.

Digər tərəfdən, "Sülh çeşməsi" əməliyyatı bölgəsində mülki şəxsləri hədəf alan tank əleyhinə minalar məhv edilib.
Milli Müdafiə Nazirliyinin "twitter" səhifəsində yer alan açaqlamada "Bomba hücumları ilə günahsız mülki insanları hədəf alan terror təşkilatı PKK/YPG tərəfindən yerləşdirilən minaların məhv edilməsi davam edir. "Sülh çeşməsi" əməliyyatı bölgəsində mülki insanları hədəfə alan tank əleyhinə minalar qəhrəman komandirlərimiz tərəfindən məhv edildi" deyilib.



Әlaqәli Xәbәrlәr