Terror tәşkilatı YPG/PKK Rasulayn qәsәbәsinә sızmağa cәhd göstәrib

‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd göstәrәn separatçı terror tәşkilatı YPG/PKK ilә Suriya Milli Ordusu arasında qarşıdurma olub.

1403130

Terror tәşkilatı YPG/PKK ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Rasulayn qәsәbәsinin cәnubundakı Tel Temır bölgәsinә sızmağa cәhd göstәrib. Hadisә nәticәsindә Suriya Milli ordusu ilә terror tәşkilatı YPG/PKK arasında qarşıdurma olub.

Mәlumata görә, qarşıdurma zamanı terrorçulara ağır zәrbәlәr endirilib.

Fәrat çayının şәrqini  işğal edәn  terror tәşkilatı YPG/PKK vaxtaşırı Rasulayn  vә Tel Abyad bölgәlәrini hәdәf alır.

Türkiyә 2019-cu ilin 19 aprel tarixindә Fәrat çayının şәrqindәki terror tәşkilatına qarşı ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına start vermişdi. Әmәliyyat  nәticәsindә oktyabrın 12-dә  Rasulayn qәsәbәsinin mәrkәzi terrorçulardan tәmizlәnmişdi.

Әlaqәli Xәbәrlәr