Terror tәşkilatı DEAŞ-ın başçısı öldürülüb

İraqda terror tәşkilatı DEAŞ-ın dırnaqarası başçısı öldürülüb.

1400857
Terror tәşkilatı DEAŞ-ın başçısı öldürülüb

İraqda terror tәşkilatı DEAŞ-ın dırnaqarası başçısı öldürülüb.

Bu barәdә İraq ordusundan verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, terror tәşkilatının dırnaqarası liderlәrindәn Әbu Hafsa paytaxt Bağdadın cәnubunda ölü olaraq әlә keçirilib.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mösul, Sәlahәddin vә Enbar vilayәtlәrinin tamamı ilә Diyala vә Kәrkük vilayәtlәrinin bir hissәsini nәzarәtinә keçirmişdi. Hәmin vilayәtlәr daha sonra terror tәşkilatından tәmizlәnmişdi.

İraqın keçmiş baş naziri Heydәr әl-İbadi 2017-ci ilin 9 dekabr tarixindә DEAŞ-ı mәğlub etdiklәrini açıqlamışdı. Buna baxmayaraq terror tәşkilatı ölkәnin Diyala, Kәrkük, Mosul, Sәlahәddin vә Enbar vilayәtlәrindә vaxtaşırı hücumlar törәdir.



Әlaqәli Xәbәrlәr