Terror təşkilatı PKK/YPG-nin daha 10 terrorçusu zərərsizləşdirilib

Suriyadakı "Sülh çeşməsi" bölgəsində hücum etməyə cəhd göstərən  terror təşkilatı PKK/YPG-nin 10 terrorçusu zərərsizləşdirilib.

1390588
Terror təşkilatı PKK/YPG-nin daha 10 terrorçusu zərərsizləşdirilib

Suriyadakı "Sülh çeşməsi" bölgəsində hücum etməyə cəhd göstərən  terror təşkilatı PKK/YPG-nin 10 terrorçusu zərərsizləşdirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi "Sülh çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgənin cənubuna hücum etməyə cəhd göstərən terror təşkilatı PKK/YPG üzvü olan 10 terrorçunun komando qüvvələrinin əməliyyatı ilə zərərsizləşdirildiyini bildirib.
Nazirlikdən verilən açıqlamada "Qəhrəman əsgərlərimiz "Sülh çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgənin cənubunda daha bir uğurlu əməliyyat keçirdi. Sülh və təhlükəsizlik atmosferini pozmaq üçün hücum etməyə cəhd göstərən 10 PKK/YPG terrorçusu zərərsizləşdirildi" deyə bildirilib.



Әlaqәli Xәbәrlәr