İranda saxta içki səbəbindən son 10 gündə ölənlərin sayı

İranda saxta içki səbəbindən son 10 gündə ölənlərin sayı 159-a çatıb.

1379888
İranda saxta içki səbəbindən son 10 gündə ölənlərin sayı

İranda saxta içki səbəbindən son 10 gündə ölənlərin sayı 159-a çatıb.

İranın yarı rəsmi "Fars" Xəbər Agentliyinə müsahibə verən Fars əyalətinin Dövlət Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cevad Muradiyan bildirib ki, martın 6-dan 330 nəfər saxta içkidən zəhərlənərək xəstəxanalara müraciət edib.

O, indiyədək zəhərlənənlərdən 44 nəfərinin həyatını itirdiyini deyib.

Bununla da saxta içkidən ölənlərin sayı 159-a çatıb.

Ahvaz Baş prokuroru Əli Beyranvend, saxta içki ilə əlaqədar 17 nəfərin istintaqa cəlb edildiyini açıqlayıb.

Kerec Baş prokuroru Məhəmməd Ağayari isə daha əvvəl verdiyi açıqlamada bəzi vətəndaşların, “spirt yeni növ koronavirusun qarşısını almaq baxımından əhəmiyyətlidir” dedi-qodularına uyaraq saxta içki istehlak etdiklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr