Yunanıstan prezidenti vəzifəsinin icrasına başladı

Yunanıstanın ilk qadın prezidenti Katerina Sakellaropoulou andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başladı.

1377771
Yunanıstan prezidenti vəzifəsinin icrasına başladı

Yunanıstan milli məclisində təşkil edilən andiçmə mərasiminə Baş nazir Kiryakos Micotakis, kabinetin bəzi üzvləri, siyasi partiyaların liderləri, deputatlar və digər dəvətlilər iştirak etdi.

Ölkənin ilk qadın prezidenti olan Sakellaropoulou, Yunan arxiyepiskopu İeronimosun başçılıq etdiyi dini mərasimdə andiçdikdən sonra parlamentin önündəki Sintaqma meydanında məchul əsgərlərin abidəsinə əklil qoydu. Daha sonra Prezident aparatına keçən Sakellaropoulou rəsmi olaraq vəzifəsinin icrasına başladı. Prezidentin koronavirus səbəbindin dəvətlilərə əl verməməsi diqqət çəkdi.

Qeyd edək ki Sakellaropoulou xüsusilə ətraf mühit, azlıqlar və miqrantlara qarşı həssaslıqla yanaşması ili tanınır.



Әlaqәli Xәbәrlәr