Əfqanıstanda andiçmə mərasimləri keçirildi

Sentyabr ayında Əfqanıstanda keçirilən seçkilərdə ikinci müddətə prezidenti seçilən Məhəmməd Əşrəf Qaninin andiçmə mərasimi keçirilib.

1374991
Əfqanıstanda andiçmə mərasimləri keçirildi
abdullah abdullah yemin toreni.jpg
esref gani yemin toreni.jpg

 

 Prezident seçkilərinin ötən ilin Sentyabr ayının 28-də keçirilməsinə baxmayaraq Ə.Qani rəsmi olaraq cari ilin 18 fevral tarixində qalib elan edilib. Belə ki, Müstəqil Seçki Komissiyasının sənədlərinə görə, o, seçicilərin 50,64 faizinin səsini qazanıb.

Paytaxt Kabildə Prezident Sarayında keçirilən andiçmə mərasiminə bir çox xarici diplomatlar, o cümlədən ABŞ-nın Əfqanıstan üzrə Xüsusi nümayəndəsi Zalmay Xəlilzad iştirak edib. Ancaq Qaninin mərasimdə çıxışı zamanı yaxın məsafədə ardıcıl partlayışlar törədilib.

Digər tərəfdən Seçki komissiyasının nəticələrini qəbul etməyən və özünü qalib elan edən Abdullah Abdullah isə Kabildəki mərasimlə eyni saatda başqa bir and içmə mərasimi təşkil edib. Abdullah buradakı çıxışında Zalmay Xəliyzadın vasitəsi ilə Əfqanıstan və Taliban arasında imzalanmış razılaşmanı tənqid edib və Amerikanın Əfqanıstandakı hərbi mövcudluğunun azaldılmasını nəzərdə tutan razılaşmanın “uğurlu” olmadığını vurğulayıb.

Qeyd edək ki, sekçi komissiyası Abdullahın 39,5 faiz səs toqladığını açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr