Ümumdünya Səhiyyə Təşkilatı İrana mütəxəssis qrup göndərdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus səbəbiylə 66 adamın öldüyü İrana mütəxəssis qrup göndərdi.

1370832
Ümumdünya Səhiyyə Təşkilatı İrana mütəxəssis qrup göndərdi

ÜST-dən yayılan açıqlamada :” İrana cəlb olunan ÜST ekspert qrup paytaxt Tehrana çatıb. Səhiyyə işçilərindən təşkil tapan qrup İranlı səhiyyə orqanlarının işçiləri ilə birgə işləyəcək. Bəzi səhiyyə müəssisələrinə və laboratoriyalara baş çəkəcək, İran rəsmilərinə rəhbərlik edəcək”.

Açıqlamada Əfqanıstan, Kanada, Livan, Pakistan, Küveyt, Bəhreyn, İraq, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərində aşkarlanan Kovid-19 hallarının İranla əlaqəli olduğuna diqqət çəkilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Seneqal, Tunis, İordaniya və Mərakeşdə də ilk dəfə Kovid-19-a yoluxanlar aşkarlanıb.

“Kovid -19”-a yoluxanların sayı İraqda 27, Livanda 13, İsraildə 12, Qətərdə 7 və Əlcəzairdə 5-ə yüksəldi.

 



Әlaqәli Xәbәrlәr