"Koronavirus dəvət olunmamış qonaq kimi gəlib və bütün ölkələrə yayılıb”, H.Ruhani

İran prezidenti Həsən Ruhani ölkəsində ölüm hallarına səbəb olan yeni növ koronavirusu (Kovid-19) “dəvət olunmamış qonağa” oxşadıb.

1366055

Ruhani paytaxt Tehran ilə ölkənin şimalı arasındakı şose yolunun açılış mərasimindəki çıxışında koronavirusla bağlı açıqlama verib.

Xalqın qorxmamasını və Səhiyyə Nazirliyinin təlimatlarına görə hərəkət etməsini istəyən Ruhani “Koronavirus “B” qripindən təhlükəli deyil. Biz onun öhdəsindən gəldik, koronavirusun da öhdəsindən gələcəyik. Koronavirus dəvət olunmamış qonaq kimi gəlib və bütün ölkələrə yayılıb” deyib.

Әlaqәli Xәbәrlәr