Pakistanın Kəraçi limanında zəhərli qaz sızması, 5 ölü

Pakistanın Kəraçi limanında naməlum zəhərli qaz sızması nəticəsində 5 nəfər həyatını itirib, 14-ü nəfəs probleminə görə xəstəxanaya yerləşdirilib.

1361036
Pakistanın Kəraçi limanında zəhərli qaz sızması, 5 ölü

 Yerli media bu barədə məlumat yayıb. Nəşrin yazdığına görə, polis qaz sızmasının yük gəmisindən kimyəvi maddələrin boşaldılması zamanı baş verdiyindən şübhələnir.

“İlkin araşdırma göstərdi ki, (limanın yaxınlığında yerləşən) bazardan olan insanlar konteyneri açdıqdan sonra oradan tüstü çıxıb, insanlarda nəfəs alma problemləri yaşanıb və onlar huşlarını itiriblər”.

“Kəraçi Port Trust” şirkətin nümayəndəsi başda olmaqla Pakistanın dənizçilik üzrə federal naziri Əli Hayder Zaidilimandakı hər hansı bir gəmidən qaz sızması ilə bağlı iddiaları təkzib edib. Onlar hesab edirlər ki, Gəmidən zəhərli qaz sızması olsaydı, doklarda və ya ekipaj arasında da qurbanlar olardı.

Nazirin sözlərinə görə hadisə ilə əlaqəli araşdımalar davam edir. İstintaq tamamlandıqdan sonra ətraflı məlumat yayılacaq.



Әlaqәli Xәbәrlәr