Tarixdə ilk dəfə Azərbaycan və Ermənistan başçıları ictimaiyyət qarşısında açıq mübahisə etdilər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 56 Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən paneldə Dağlıq Qarabağ mövzusundan danışdılar.

1360192
Tarixdə ilk dəfə Azərbaycan və Ermənistan başçıları ictimaiyyət qarşısında açıq mübahisə etdilər

 

  Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən paneldə Dağlıq Qarabağ mövzusundan danışdılar. Bu panellə tarixdə ilk dəfə Azərbaycan və Ermənistan başçıları ictimaiyyət qarşısında açıq mübahisə etdilər.

  İ.Əliyev çıxışında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğu və Azərbaycanın torpaq bütövlüyünün beynəlxalq cəmiyyət tərəfindən tanındığını xatırladıb, bu gün Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olduğu, 1 milyondan çox azərbaycanlının torpaqlarını tərk etmək məcburiyyətində qaldığı və Azərbaycan xalqına qarşı etnik təmizləmə aparıldığını diqqətə çatdırıb.

  Xocalıda 613 vətəndaşın ermənilər tərəfindən vəhşçicəsinə qətl edildiyini söyləyən Azərbaycan prezidenti: "Beynəlxalq hüquq baxımından da Qarabağ Azərbaycan torpağıdır. Birləşmiş Millətlər Təşkilatının Ermənistan ordusunun işğala son qoyması ilə bağlı 4 qərarı var. Bu qərarlar tətbiq olunmur. Həll Azərbaycanın torpaq bütövlüyü təməl alınaraq əldə edilməlidir", - deyib.

  Paşinyan isə Xocalı soyqırımı inkar edib, problemin barış yoluyla həllini istədiyini, Dağlıq Qarabağda Ermənistan deyil, Qarabağ ermənilərinin silahlı qüvvələrinin olduğunu iddia edib, öz oğlunun da Qarabağ cəbhə xəttində əsgərlik çəkdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr