K1 Hərbi Bazasına raket hücumu təşkil edilib

İraqın Kərkük şəhərində ABŞ əsgərlərinin olduğu K1 Hərbi Bazasına raket hücumu təşkil edilib.

1359247
K1 Hərbi Bazasına raket hücumu təşkil edilib

Kərkük Əməliyyatlar Komandiri General-leytenant Saad Harbiyə hadisə ilə bağlı məlumat yayıb. O: “Şəhərin qərbində yerləşən K1 Hərbi Bazası Katyuşa raketlər ilə hədəfə götürülüb. Hücum nəticəsində ABŞ əsgərlərinin olduğu bazanın bir hissəsi dağılıb. Təhlükəsizlik qüvvələri hadisədən sonra cinayətkarları tutmaq üçün başlatdıqları əməliyyat zamanı bazanın yaxınlığında yerləşən bir qəbiristanlıqda ağır texnikalar ələ keçiriblər”- deyə Harbiyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr