Tehran 13. Beynəlxalq Turizm Sərgisinə ev sahibliyi edir

13. Beynəlxalq Turizm Sərgisi aralarında Türkiyənin də olduğu bir çox xarici ölkədən 40 şirkətin iştirakı İranın paytaxtı Tehranda açıldı.

1358270
Tehran 13. Beynəlxalq Turizm Sərgisinə ev sahibliyi edir

İranın paytaxtı Tehranda təşkil edilən və bu ölkənin Mədəni İrs, incə sənətlər və turizm naziri Əli Əsgər Munisa tərəfindən açıq elan edilən sərgiyə, Türkiyədən Tehran səfirliyinin Mədəniyyət Müşavirliyi, Tehran Yunus Əmrə İnstitutu, Türk Hava Yolları (THY), Sərhat İnkişaf Agentliyi, İzmir Valiliği və bir çox Türk turizm şirkəti qatıldı.

Türk şirkətlərinin stendlərini ziyarət edən Munisa, Türkiyə ilə İran arasında turizmin inkişafına diqqət çəkib və İrana gələn türk turistlərin sayının 450 mindən 1 milyona qalxdığını qeyd edib. İki ölkə arasında güclü mədəni əlaqəlirin olduğunu və bunun isə qarşılıqlı səyahətlərin artmasına töhfə verdiyini bildirib. Türk investorların İranda yatırımlarının artması üçün hər cür imkanı təmin etməkdə hazır olduqlarını vurğulayıb.

13-cü Beynəlxalq Turizm Sərgisi 15 Fevral Şənbə gününə qədər ziyarətə açıq olacaq.



Әlaqәli Xәbәrlәr