Bәşәr Әsәd rejiminin törәtdiyi hücumlar sәbәbindәn 90 min adam da evlәrini tәrk etdi

Bәşәr Әsәd rejimi vә onu dәstәklәyәnlәrin İdlib deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki yaşayış mәntәqәlәrinә tәşkil etdiyi hücumlar sәbәbindәn  son dörd gün әrzindә 90 min mülki vәtәndaş da evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

1355348

Evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanları әksәriyyәti Türkiyә ilә sәrhәddә yerlәşәn bölgәlәrә, bir qismi isә Türkiyәnin ‘‘Fәrat Qalxanı’’ vә ‘‘Zeytun budağı’’ әmәliyyatları nәticәsindә terrorçulardan tәmizlәdiyi bölgәlәrә sığınır.

İdlibin cәnubu,  cәnub-şәrqin  ilә Hәlәbib qәrb vә cәnubundakı yaşayış mәntәqәlәrindәn 2019-cu ilin yanvar ayından etibarәn Türkiyә ilә sәrhәddә yerlәşәn bölgәlәrә köç edәnlәrin sayı 1 milyon 767 nәfәrә çatıb.

Bәşәr Әsәd rejimi 2018-ci ilin 17 sentyabr tarixindә Şoçidә әldә olunan razılaşmaya baxmayaraq hücumlarını davam etdirir. Bәşәr Әsәd rejimi vә onu dәstәklәyәnlәrin İdlibdә törәtdiyi hücumlar nәticәsindә 1800-dәn çox mülki vәtәndaş hәlak olub.

Әlaqәli Xәbәrlәr