Putin “BMTTŞ”-nın daimi üzvlərinə sammit təklif etdi

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü  dövlətlərin liderlərinə sammit təklif etdi.

1348339
Putin “BMTTŞ”-nın daimi üzvlərinə sammit təklif etdi

 

Kremlin sözçüsü Dmitriy Peskov, paytaxt Moskvada jurnalistlərə açıqlamasında bu barədə məlumat verib. Peskov Putinin BMT təhlükəsizlik şurasının Rusiyadan başqa daimi üzvləri olan ABŞ, Böyük Britaniya, Çin və Fransa liderlərinə məktub göndərdiyini bildirib. Peskovun sözlərinə görə putin məktubunda liderlərdən sammit təşkil edilməsini istəyib. Sözçü qeyd edib ki, Putin sammitin harda keçirilməsinə yox, liderlərin görüşünə üstünlük verir.

Vladimir Putin daha əvvəl Bundestaqdakı çıxışında nüvə silaha sahib ABŞ, Rusiya, İngiltərə, Fransa, Çinin insanları qorumağa və davamlı inkişafına cavabdeh olduğuna diqqət çəkmiş və bu ölkələrin qlobal müharibənin səbəblərini aradan qaldıracaq prosesi başladmalarına zərurət olduğunu vurğulamışdı.



Әlaqәli Xәbәrlәr