İranın paytaxtı Tehranda rejim əleyhinə keçirilən nümayişlər

İranın paytaxtı Tehranda Ukrayna təyyarəsinin düşürülməsinə reaksiya olaraq bir gün əvvəl başlayan rejim əleyhinə nümayişlər dünən də davam edib.

1339335
İranın paytaxtı Tehranda rejim əleyhinə keçirilən nümayişlər

İranın paytaxtı Tehranda Ukrayna təyyarəsinin düşürülməsinə reaksiya olaraq bir gün əvvəl başlayan rejim əleyhinə nümayişlər dünən də davam edib.

Tehrandakı Azadi meydanında keçirilən nümayişlərdə "Düşmənimiz buradadır, yalan yerə ABŞ deyirlər”, “Diktatora ölüm", “Mənə fitnəkar deməyin, siz fitnəkarsınız” kimi şüarlar səsləndirilib.

Təhlükəsizlik qüvvələri və İnqilab Mühafizəçiləri sıx təhlükəsizlik tədbirləri görüb və nümayişçilərə döyərək və gözyaşardıcı qazla müdaxilə edib.

Sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faize Haşimi də iştirakçılar arasında olub.

Bu arada ABŞ prezidenti Tramp İran liderlərini etirazçıları öldürməməyə çağırıb.

Tramp şəxsi "twitter" hesabında "İran rəhbərliyi tərəfindən onsuz da minlərlə insanın öldürüldüyünü və ya həbs edildiyini" iddia edib.

Trump “Dünya seyr edir, daha da əhəmmiyyətlisi ABŞ izləyir. İnterneti bərpa edin və jurnalistlərin sərbəst buraxın, icazə verin! Böyük İran, xalqınızın öldürülməsini dayandırın!” ifadələrini paylaşım edib.

Xatırladaq ki, Tehran Beynəlxalq İmam Xamneyi Hava Limanından Ukraynanın paytaxtı Kiyevə uçan "Boeing 737" tipli sərnişin təyyarəsi çərşənbə günü (8 yanvar) səhər uçuşdan qısa müddət sonra düşdü və 176 nəfər öldü.



Әlaqәli Xәbәrlәr