İran ABŞ-dan daha sərt intiqam alacağını bildirdi

İran Baş Qərargahı Təhlükəsizlik İdarəsi rəhbəri Abdullah İraki yaxın gələcəkdə ABŞ-dan daha sərt intiqam alacaqlarını bildirib.

1338016
İran ABŞ-dan daha sərt intiqam alacağını bildirdi

 Bu barədə "Tasnim" informasiya agentliyinin məlumatına görə İraki: "İnqilab Keşikçiləri Korpusu Dini lider Ayətullah Xameneinin əzələlərindən biridir və yaxın gələcəkdə düşməndən daha sərt intiqam alacaq", - deyə vurğulayıb.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələri komandanı general Qasim Süleymani İraqın Bağdad hava limanı yaxınlığında ABŞ-ın hava hücumu nəticəsində həyatını itirmişdi. İran bu hücuma cavab olaraq İraqdakı ABŞ bazasına zərbələr endirmiş, zərbələr nəticəsində 80 əsgərin öldüyü irəli sürülmüşdü.



Әlaqәli Xәbәrlәr