Ukrayna prezidenti təyyarə qəzası ilə bağlı açıqlama verdi

İranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus təyyarədə ölənlərin sayı 176 olub.

1337125
Ukrayna prezidenti təyyarə qəzası ilə bağlı açıqlama verdi

 

Tehran İmam Xomeynihava limanının sözçüsü Əli Kaşani daha əvvəl 170 olaraq açıqlanan sərnişin sayının 167, 10 olaraq açıqlanan ekipaj sayının isə 9 olduğunu bildirdi.

Ukrayna Xarici İşlər Nazirliyi təyyarədə 82 iranlı, 63 kanadalı, 11 ukraynalı, 10 isveçli olduğunu bildirdi. Həyatını itirən Ukrayna vətəndaşlarından ikisi sərnişin, 9-u ekipaj üzvüdür.  

Məlumata əsasən, təyyarədə 180 sərnişin olub. Təyyarənin Tehranın İmam Xomeyni beynəlxalq hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradığı açıqlanıb. Təyyarənin Kiyev istiqamətində reys icra etdiyi qeyd edlib. İran telekanalının xəbərinə görə təyyarə texniki nasazlıq nəticəsində qəzaya uğrayıb. Hadisədən sonra  bölgəyə  xilasetmə qrupları və sağlamlıq dəstələri cəlb olunub.

İran Mülki Aviasiya Təşkilatı səlahiyyətlisi Həsən Rizayi Ferd təyyarənin qara qutularının tapıldığını,  zədə almalarına baxmayaraq  ikisinin də yaddaşlarının sağlam olduğunu bildirib.  

Ukrayna Prezidenti Vladimir Zelenskiy qəza ilə bağlı açıqlamasında Boeing 737 tipli sərnişin təyyarəsinin  İranda qəzaya  uğramasını Yaxın Şərqdə qorxunc xəbər deyə xarekterizə edib. Ukraynanın Tehrandakı səfiri  tərəfindən  qəzada  həyatını itirənlərin siyahısının dəqiqləşdirdiyini qeyd edib və  ölənlərin ailələrinə  başsağlığı verdiyini, hər kəsi rəsmi açıqlamalar verilməyənə qədər spekulyasiyalar və  məsnədsiz  xəbərlər  yaymamağga çağırdığını  vurğulayıb.  

Ukrayna Beynəlxalq Hava Yollarının mətbuat xidmətindən yayılan açıqlamada isə  tehrana uçuşların qeyri-müəyyən müddətə dək dayandırıldığını bildirib.



Әlaqәli Xәbәrlәr