M.Bərzani: "İlkin məqsədimiz bölgə xalqının qorunmasıdır"

İraq Kürd Regional İdarəçiliyinin baş naziri Məsud Bərzani İran və ABŞ arasındakı gərginliyin bir hissəsi olmamaq üçün səy göstərəcəklərini, ilkin plandaki məqsədlərinin bölgə xalqının qorunması olduğunu açıqlayıb.

1337219

Bərzani Ərbildə İraq Kürd Regional İdarəçiliyinin sədri Nəcirvan Bərzani və Məclis sədri Revaz Faiq ilə keçirdiyi üçtərəfli  yığıncaqdan sonra qısa bəyanat verib.

İraq və İraq Kürd Regional İdarəçiliyində son günlərdə arzuolunmaz hadisələrin baş verdiyini dilə gətirən Bərzani “Bölgədə başa verənləri narahatlıqda təqib edirik. Gərginlik və zorakılıq bölgədə sabitsizliyin olduğu atmosferin yaranmasına səbəb oldu” ifadələrini işlədib.

Bərzani əlaqədar bütün tərəflərlə bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə cəhd göstərdiklərini vurğulayaraq, “İlkin məqsədimiz bölgə xalqının qorunmasıdır. Gərginliyin bir hissəsi olmamaq üçün də əlimizdən gələni edəcəyik” deyib.

Әlaqәli Xәbәrlәr