İraq prezidenti ABŞ-ın hücumunu qınadı

İraq prezidenti Berhem Saleh, İranlı komandir General Qasim Süleymanini və Əbu Mehdi Mühəndisin həyatını itirməsiylə nəticələnən ABŞ hücumunu pisləyib.

1334262
İraq prezidenti ABŞ-ın hücumunu qınadı

Ölkəsinin milli maraqları naminə hərkəsə etinalı olması haqqında çağırış edib. Saleh yazılı açıqlamasında İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri üzrə komandiri General Qasim Süleymani və “Haşdi Şabi” komandirinin müavini Əbu Mehdi Mühəndisin öldürülməsini kədərlə qarşıladığını hər iki komandirin terror təşkilatı DEAŞ-a qarşı mübarizədə aparıcı rol oynadıqlarını bildirib.

Hərbi liderlərin hədəfə götürüldüyü hücumu qınayan Saleh hadisənin həm İraq, həm də regional təhlükəsizliyə zərər verəcəyini qeyd edib və təhrik edici addımlardan imtina edilməsini istəyib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Süleymani və Mühəndisin Bağdad Hava limanı yaxınlığında həyata keçirilən hücum nəticəsində həyatını itirdiyini açıqladı.



Әlaqәli Xәbәrlәr