İranda ABŞ əleyhdarı aksiyalar keçirildi

İranda cümə namazından sonra bir çox şəhərdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran  İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri komandiri Qasim Süleymaninin həyatını itirməsiylə nəticələnə hücumundan etiraz məqsədiylə nümayişlər keçirildi.

1334301
İranda ABŞ əleyhdarı aksiyalar keçirildi

İran dövlət telekanalının xəbərinə görə paytaxt Tehrandakı “İmam Xomeyni Musalla Məscidində” cümə namazından sonra minlərlə insanın iştirakı ilə ABŞ əleyhinə nümayiş təşkil edildi. Aksiya zamanı ABŞ-ın İraqın paytaxtı Bağdadda General Qasim Süleymanini hədəfə götürdüyü raket hücumuna reaksiya verildi.

Kirman, Qum və Zahidan, eləcə də digər böyük şəhərlərdə eyni vaxtda etiraz nümayişləri keçirən aksiyaçılar “Məhv olsun Amerika”, “Məhv olsun İsrail” məhv olsun “velayəti fəqih düşmənləri” deyə şuarlar səsləndirdilər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələri Komandiri General Süleymani və Haşdi Şabinin komandirinin müavini Mühəndisin Bağdad Hava Limanının yaxınında həyata keçirilən hücum nəticəsində öldürüldüyünü bildirmişdi.

 

 



Әlaqәli Xәbәrlәr