Putin Ukrayna prezidenti Zelenski ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski görüşüblər.

1332594
Putin Ukrayna prezidenti Zelenski ilə görüşdü

 

  İki ölkə başçısı danışıq zamanı Rusiya və Ukrayna arasında imzalanan təbii qaz müqaviləsi və dustaqların mübadiləsi məsələsini müzakirə edib.

  Ukrayna Prezident Aparatının yazılı açıqlamasına görə, 29 dekabrda Ukraynanın şərqində məhbusların mübadiləsinin reallaşması münasibətiylə iki başçı bir-birrini təbrik edib və mübadiləni qarşılıqlı davam etdirmək barədə razılığa gəliblər. Onlar həmçinin Rusiya ilə Ukrayna arasında imzalanan təbii qaz razılaşmasını da müzakirə ediblər.

  Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkətinin prezidenti Aleksey Miller dünən verdiyi açıqlamada Ukrayna və Rusiyanın tranzit təbii qaz müqaviləsinin müddətinin uzadılması barədə saziş imzalandığını bildirib.

  Rusiya ilə Ukrayna arasında təbii qaz tədarükü və Rusiya qazının Ukrayna üzərindən Avropaya çatdırılması ilə bağlı müqavilənin müddəti 31 dekabrda sona çatır.



Әlaqәli Xәbәrlәr