“Haşdi Şabi” tərəfdarları ABŞ-ın İraq Səfirliyininin qarşısında aksiya keçirirlər

ABŞ rəhbərliyinin “Haşdi Şəbi”yə mənsub Hizbullah briqadalarına hücumuna etiraz məqsədiylə ABŞ-nın Bağdaddakı səfirliyinin qarşışında toplaşan yüzlərlə insan səfirliyə daxil olmağa cəhd edib.

1332649
“Haşdi Şabi” tərəfdarları ABŞ-ın İraq Səfirliyininin qarşısında aksiya keçirirlər

Məlumata görə binanın divarına atəş açan və “xalq səfirliyin fəaliyyətini dayandırdı” deyə şuarlar yazan və aralarında Bədr əl-Haşdi Şabi komandiri Hadi əl-Əmiri və Asayib Ahlilhak Təşkilatının lideri Kays əl-Hazali də olan aksiyaçılar, Səfirliyin qarşısında çadırlar qurmağa başlayıblar.

Yerli medianın məlumatına görə səfirlik diplomatları aksiyaçılar toplaşmamış binadan çıxıblar.

Qeyd edək ki, ötən gün ABŞ Müdafiə Nazirliyi diplomatlara edilən hücuma görə Hizbullah Briqadalarının İraq və Suriyadakı beş bazasına aviazərbələr endirildiyini açıqlarkən, İraq Müdafiə Nazirliyi də təşkilatın Ənbarın Əl-Harş və Sellum bölgələrində yerləşən iki bazasının ABŞ qırıcıları tərəfindən dağıdıldığını bildirdi.

İraq Səhiyyə Nazirliyinin məlumatına görə ABŞ_ın “Haşdi Şabi”-nin tərkibində iştirak edən Hizbullah Briqadalarının Ənbar bölgəsindəki bazalarına hava hücumu nəticəsində 28 nəfər həyatını itirdi, 48 nəfər yaralandı.

 



Әlaqәli Xәbәrlәr