Tel Abyad qəsəbəsində YPG/PKK-nın terror aktının qarşısı alınıb

“Sülh çeşməsi” hərəkatı ilə terrordan təmizlənən Tel Abyad qəsəbəsində axtarış fəaliyyətlərini davam etdirən Suriya Milli Ordusu (SMO) terror təşkilatı YPG/PKK tərəfindən minalanmış yük maşınını müəyyən edərək mümkün olan terror aktının qarşısını alıb.

1330291
Tel Abyad qəsəbəsində YPG/PKK-nın terror aktının qarşısı alınıb

“Sülh çeşməsi” hərəkatı ilə terrordan təmizlənən Suriyanın Tel Abyad qəsəbəsində axtarış fəaliyyətlərini davam etdirən Suriya Milli Ordusu (SMO) terror təşkilatı YPG/PKK tərəfindən minalanmış yük maşınını müəyyən edərək mümkün olan terror aktının qarşısını alıb.

SMO əsgərləri terror təşkilatının işğalındakı bölgədən şəhərin cənub çölündəki Ayn Arus kəndinə girən şübhəli yük maşınını saxlayıb.

Tel Abyadın mərkəzinə hərəkət etdiyi öyrənilən maşında diqqətlə axtarış aparan SMO əsgərləri bomba mexanizmini ələ keçirib. SMO əsgərlərinin diqqəti nəticəsində terror təşkilatının aktının qarşısı alındı.

Mülki şəxslərdən uzaq yerə aparılan maşındakı partlayıcı maddələrin məhv edilməsi üçün işlərə başlanılıb.

Terror təşkilatı YPG/PKK daha əvvəl də Tel Abyad şəhərinin mərkəzində minalanmış avtomobillə bir neçə  terror aktı törətmişdi.



Әlaqәli Xәbәrlәr