DEAŞ İraqda  terror  aktları törǝtmǝkdǝ davam edir

Terror təşkilatı DEAŞ üzvü quldurlar İraqın Kərkük və Səlahəddin viləyətlərində terror aktı törədiblər. Hücumlar nəticəsində 9 mülki şəxs həyatını itirib.

1330514
DEAŞ İraqda  terror  aktları törǝtmǝkdǝ davam edir

 

Kərkük polis idarəsinin mətbuat sözçüsü Afrasyav Kamilin məlumatına görə terror təşkilatı DEAŞ terrorçuları tərəfindən qaçırılan 3 adam öldürülüb.

Səlahəddin Vilayət Məclisi Təhlükəsizlik Komissiyasının Başçısı Mehdi Taki, terrorçuların şəhərin Alem qəsəbəsində üç avtomobilə hücum təşkil etdiklərini Hadisə nəticəsində 6 adamın öldüyünü bildirib.

Xatırladaq ki, 2014-cü ilin iyununda İraqın Mosul, Səlahəddin və Enbar vilayətləri, eləcə də Diyala və Kərkükün bir hissəsinə nəzarəti ələ keçirən DEAŞ-a illər ərzində ağır zərbələr endirilərək həmin ərazilər azad edildi. Baxmayaraq terror təşkilatı bu ərazilərə istiqamətli hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr