Xuzistan əyalətində terror təşkilatı üzvü 13 adam tutuldu

İranın Xuzistan əyalətində separatçı Nadal Hərəkatının üzvü olduqları iddia edilən 13 adam tutuldu.

1330112
Xuzistan əyalətində terror təşkilatı üzvü 13 adam tutuldu

İranın Xuzistan əyalətində separatçı Nadal Hərəkatının üzvü olduqları iddia edilən 13 və Londonda fəaliyyət göstərən "İran İnternational" televiziya kanalının hesabına çalışdığı irəli sürülən bir adam tutuldu.

Fars Xəbər Agentliyinin məlumatına görə, polis qüvvələri, benzinin qiymətinin qalxmasına etiraz məqsədiylə təşkil edilən nümayişlər zamanı baş verən qalmaqalda iştirak edən və İranın terror təşkilatı siyahısına saldığı Nadal Hərəkatının üzvləri olduqları irəli sürülən 13 nəfər müxtəlif markalı silahlarla tutuldular.

İran rəhbərliyi Noyabr ayında başlayan aksiyalar zamanı törədilən hadisələrdə polisin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı haqda konkret məlumat verməkdə imtina edir. Onların polis tərəfindin yox, aksiyalar zamanı nümayişçilərin arasına sızmış rejim əleyhdarı təşkilatların üzvləri tərəfindən öldürüldüyünü iddia edir.

Huzistan Polis İdarəsinin rəisi Heydər Abbaszadə isə İran dövlət telekanalı yanında Gənc jurnalistlər Birliyi xəbər agentliyinə açıqlamasında Mahşehirdən İnternational telekanalına informasiya çatdıran bir nəfərin tutulduğuna diqqət çəkib.

İran Polis İdarəsinin Baş direktoru Hüseyn Eşteri də yazılı açıqlamasında İran rejiminə "düşmən" media orqanlarına xəbər, foto və görüntü göndərmək cinayətdir deyib və belə cinayətlərə qarışanların cəzalandırılacaqlarını bildirib.

 



Әlaqәli Xәbәrlәr