Əsəd rejiminin İdlibdə nəzarətini ələ keçirdiyi yaşayış məntəqələrinin sayı 40-a çıxıb

Suriyada Astana razılaşmalarını əsassız qəbul edən Bəşər Əsəd rejimi Rusiya və İranın yardımı ilə 5 kəndə də daxil olaraq, İdlibdə nəzarəti ələ keçirdikləri yaşayış məntəqəsinin sayını 40-a çıxarıb.

1329468
Əsəd rejiminin İdlibdə nəzarətini ələ keçirdiyi yaşayış məntəqələrinin sayı 40-a çıxıb

Suriyada Astana razılaşmalarını əsassız qəbul edən Bəşər Əsəd rejimi Rusiya və İranın yardımı ilə 5 kəndə də daxil olaraq, İdlibdə nəzarəti ələ keçirdikləri yaşayış məntəqəsinin sayını 40-a çıxarıb.

Rejim qüvvələri dekabrın 24-də axşam radələrindən etibarən İdlibin Maarratinnüman qəsəbəsinin cənubundakı Amdudiyə, Sıhyan, Babolin, Keferbasin və Tekane kəndlərilə dinc vətəndaşların təxliyə yolu üzərindəki Hiş körpüsünü ələ keçirib.

Qeyd edək ki, Hiş körpüsündən Türkiyə Silahlı Qüvvələrinin Maarhatat kəndində logistika məqsədlərlə istifadə yaşayış məntəqəsinin yaxınlığındadır.

Beləliklə 20 dekabrda quruda əməliyyatı başladan rejim qüvvələrinin girdiyi yaşayış məntəqələrinin sayı 40-a çıxdı.

Rejim qüvvələri daha əvvəl İdlibin cənub-şərqindəki Cercenaz rayonu ilə  Hirbet Marata, Əbu Dəfnə, Əl-Hadise, Kefer Yasin, Salihiyə, Əl-Falül, Babulin, Um Cəlal, Um Tüveyne, Recmül Kıt, Hirakı, Mıntar, Sıhal, Əs Sırc, Seyyadi, Tel Şəyh, Furce, Breysa, Rabia, Hureybe, Şara, Əbu Habbə, Mudəyrisə, Əbu Şərci, Krati, Krəstənə, Hülübbe, Tuh, Muaysurune, Tehtaaya, Əbu Mekki, Sukeya və Sırman yaşayış məntəqələrinin nəzarətini ələ keçirmişdi.

Şiddətli hücumların hədəfində olan İdlibin Maarratünnuman və Serakib qəsəbə mərkəzləri ilə çölləri də var.

Əsəd rejiminin qurudan irəliləyiş məqsədli başlatdığı hücuma İran dəstəkli xarici terrorçu qruplar və başında rus xüsusi təyinatlarının olduğu “Pələng qüvvələri” adlı “5-Legion” da dəstək verir.

Rusiya hava hücumları ilə də rejim qüvvələrinə dəstək olur.



Әlaqәli Xәbәrlәr