İraqda yeni seçki qanunu qəbul edilib

İraqda hökumət əleyhinə keçirilən nümayişlərdə əsas tələblər arasında dilə gətirilən yeni seçki qanunu Məclisdə qəbul edilib.

1329090
İraqda yeni seçki qanunu qəbul edilib

İraqda hökumət əleyhinə keçirilən nümayişlərdə əsas tələblər arasında dilə gətirilən yeni seçki qanunu Məclisdə qəbul edilib.

Ölkədə son həftələrdə mübahisələrə səbəb olan yeni seçki qanunu İraq Məclisində dünən keçirilən iclasda təqdim olunaraq səsə qoyulub.

İclasda Məclisdəki 329 millət vəkilindən 184-ü qatılıb və qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Məclis sədri Məhəmməd əl Halbusi səsvermədən əvvəl açıqlama verərək layihənin meydanlardakı nümayişçilərin istəklərinə cavab vermək üçün hazırlandığını söyləyib.

Qeyd edək ki, iraqlı siyasi müşahidəçilər Məclisdə qəbul edilən yeni seçki qanununun nümayişçilərin istəklərilə üst-üstə düşdüyünü ifadə edirlər. Seçki qanunu prezident Behram Saleh tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu dəfə diqqət mərkəzində yeni müstəqil seçki komissiyasının qurulması olacaq.  



Әlaqәli Xәbәrlәr