İran prezidenti Ruhani Qǝtǝr  Əmiri Əl Sani ilǝ görüşdü

İranın Prezident aparatından yayılan məlumata görə Prezident Ruhani və Qətər Əmiri Şeyx Təmim İbn Hamed Əl Sani Malayziyada keçirilən “2019 Kuala Lumpur Sammiti” çərçivəsində görüşüb.

1326006
İran prezidenti  Ruhani Qǝtǝr  Əmiri Əl Sani ilǝ görüşdü
al sani.jpg
ruhani.jpg

İranın Prezident aparatından yayılan məlumata görə Prezident Ruhani və Qətər Əmiri Şeyx Təmim İbn Hamed Əl Sani Malayziyada keçirilən “2019 Kuala Lumpur Sammiti” çərçivəsində görüşüb.

Bildirilib ki, Ruhani danışıq zamanı Qətər və ölkəsi arasındakı əlaqələrin gündən-günə yaxşılaşdığını bildirib və iki ölkənin müxtəlif sahələrdə daha güclü əməkdaşlıq etməsinin əhəmiyyətinə diqqət çəkib. Tehran və Dohanın mövcud iqtisadi vəziyşyət nəzərə alınaraq bir-birlərinin müxtəlif ehtiyaclarını təmin edəcək potensiala sahib olduğunu, birgə investisiya sahəsində əməkdaşlıq edə biləcəklirini qeyd edib.

Ruhani, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreynin Qətərlə bütün diplomatik münasibətləri dayandırması və hava məkanını Dohaya bağlaması ilə başlayan Körfəz böhranında İranın Qətərə dəstəyinin davam vetdiyini xatırladıb və  indən  sonra da davam edəcəyini bildirib.

Qətər Əmiri Şeyx Təmim İbn Hamed Əl Sani də İran və Qətər arasında xüsusi münasibətlərin olduğunu, Tehranın ölkəsinə qarşı sanksiyalara münasibətini yüksək qiymətləndirdiyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr