"Axı İslam ölkələri bunları edə bilər", H.Ruhani

İran prezidenti Həsən Ruhani rəsmi Vaşinqton tərəfindən ölkələrə tətbiq olunan təktərəfli iqtisadi sanksiyaların ABŞ-ın hegemonik planlarını davam etdirməsi üçün bir vasitə halına gəldiyini söylədi.

1325908
"Axı İslam ölkələri bunları edə bilər", H.Ruhani

 

  Malayziyanın paytaxtı Kuala Lumpurda təşkil edilən "2019 Kuala Lumpur" zirvə toplantısında çıxış edən H.Ruhani deyib:

  “İslam dünyasının inkişafının qarşısında mədəni, iqtisadi və təhlükəsizlik problemləri durur. Afrikanın ta qərbindən Asiyanın şərqinin bütün nöqtələrinə qədər İslam dünyası bir çox təhlükəli təhdidlərlə qarşı-qarşıya qalıb.  ABŞ-ın hərbi, siyasi və iqtisadi hücumları, İsrailin Fələstindəki qırğınları və həddindən artıq əks-təbliğatlar İslam dünyasına qarşı ən böyük təhdidlərdir.  

  Bəzi müsəlman ölkələrdəki hərc-mərclik, sabitsizlik xarici müdaxilələrin önünü açıb. Suriya və Yəməndəki müharibələr, İraq, Livan, Liviya və Əfqanıstandakı xaos yerli həddindən fanatizm və xarici müdaxilələrin birləşməsinin nəticələridir. Xüsusilə, Yəmən, Əfqanıstan, Suriya, Liviya və Livan başda olmaqla, Orta Şərqdəki problemlərə məsuliyyət daşıyan və təhliledici siyasət yoxdur.

  Müsəlman dünyasındakı problemləri həll etmək üçün qarşılıqlı dialoq, İslama xoş münasibət və ölkələrin milli suverenliyinə hörmət mühiti təmin edilməlidir.  

  Rəsmi Vaşinqton tərəfindən tətbiq olunan təktərəfli iqtisadi sanksiyalar qeyri-qanunidir. İqtisadi sanksiyalar ABŞ-ın hegemon planlarını davam etdirməsi üçün bir vasitə halına gəlib. Dünya iqtisadiyyatının Amerika iqtisadi sistemiylə qarışması, milli və qlobal iqtisadiyyatın dollara tabe olması ABŞ-ın başlıca məqsədi olub. İslam ölkələri dolların qlobal iqtisadiyyatdakı suverenliyinin qarşısını almaq üçün bir yol tapmalıdır. Axı İslam ölkələri iqtisadi baxımdan bir-birini tamamlaya bilər.

  İslam ölkələri arasında bankçılıq və maliyyə mövzuları üçün xüsusi mexanizmlərin yaradılması, qarşılıqlı ticarətin milli pul vahidləriylə dövriyyəsi və azad ticarət müqavilələrinin imzalanması kimi mövzular iqtisadiyyat mütəxəssisləri tərəfindən irəli sürülməli və qiymətləndirilməlidir."  



Әlaqәli Xәbәrlәr