Suriya məsələsi ilə bağlı növbəti iclas paytaxt Nur Sultandanda öz işinə başladı

Türkiyə, Rusiya və İran, Suruya məsələsini müzakirə etmək üzrə 14-cü dəfə bir araya gəldi.

1320674
Suriya məsələsi ilə bağlı növbəti iclas paytaxt Nur Sultandanda öz işinə başladı

Qazaxıstanın paytaxtı Nur Sultandanda keçirilən yığıncaqda Türkiyəni Xarici işlər nazirinin müavini Sədat Önalın, Rusiyanı Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Alexander Lavrentievin, İranı isə Xarici işlər nazirinin müavini Hüseyin Cabiri Ənsarinin başçılığında nümayəndə heyəti təmsil edəcək.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersenın da qatıldığı iclasda əsirlərin azad edilməsi və itkinlərin axtarışı başda olmaqla qaçqınların evlərinə qayıtması, beynəlxalq yığıncaq keçirilməsi, Suriyaya hümanitar yardımların intensivləşdirilməsi, Konstitusiya Komitəsinin işinin başlaması fonunda siyasi prosesin daha da inkişaf etdirilməsi kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyənin nümayəndə heyətinin Rusiya, İran və Birləşmiş Millətlər Təşkilatının (BMT) heyetleriyle ikitərəfli danışıqlar keçirməsi gözlənilir.

 

 



Әlaqәli Xәbәrlәr