Kosova builki Nobel Mükafat Mərasimini boykot edəcək

Kosova baş nazirinin birinci müavini və xarici işlər naziri Behcet Pakolli (Behgjet Pacolli) “facebook” hesabından etdiyi şərhdə bildirib...

1319637
Kosova builki Nobel Mükafat Mərasimini boykot edəcək

 

  Kosova baş nazirinin birinci müavini və xarici işlər naziri Behcet Pakolli (Behgjet Pacolli) “facebook” hesabından etdiyi şərhdə bildirib:

  "Kosova bu il İsveçin paytaxtı Stokholmda təşkil ediləcək Nobel Mükafat Mərasimində iştirak etməyəcək. Bu mərasim səfirimiz hörmətli Şkendye Qeçi Şerifi (Shkendije Geci Sherifi) “Nobel”in mübahisəli mükafatçısı, Serbiyanın prezidenti olmuş Slobodan Miloseviçin dostu və onun siyasətinin dəstəkçisi olan Peter Handkeyə görə boykot olunacaq.

  Albaniya səfirindən də bənzər addım atmasını gözləyirik.

  Xatırladaq ki, Nobel Ədəbiyyat Mükafatının avstriyalı yazıçı Peter Handkeyə verilməsinə ilk etiraz 17 oktyabrda İsveçin Kosova Səfirliyi qarşısında etiraz bildirilmişdi.

  Beynəlxalq məhkəmədə müharibə cinayətləri və soyqırım törətdiyi üçün mühakimə olunduğu zaman ölən əvvəlki serb başçısı Slobodan Milosevicin böyük pərəstişkarı P.Handke Saraybosnadakı müsəlman boşnakların "öz özlərini öldürdüklərini və günahı serblərə üzərinə atdıqlarını" deyib və serblərin Srebrenitsada soyqırım etdiyinə əsla inanmadığını söyləyib.   



Әlaqәli Xәbәrlәr