Bolqarıstanın Rusiya səfirliyindən bir diplomat deportasiya edildi

Bolqarıstanın Moskvadakı səfirliyində çalışan bir diplomat deportasiya edildi. Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.

1318449
Bolqarıstanın Rusiya səfirliyindən bir diplomat deportasiya edildi

 

  Nazirliyin açıqlamasında oktyabrda Bolqarıstanın bir Rusiya diplomatını deportasiya etdiyi xatırladılıb və buna cavab olaraq bu ölkənin diplomatının deportasiya edildiyi bildirilib.

  Bolqarıstanın Rusiya Səfirliyində çalışan diplomat "istənməyən adam" elan olunub və sözügedən mövzu ilə bağlı ölkənin Moskvadakı səfiri Atanas Krastinə məlumat təqdim edilib.

  Xatırladaq ki, keçən ay Bolqarıstan casusluqda ittiham etdiyi bir Rusiya diqlomatını deportasiya edib və yeni hərbi attaşenin gəlməsinə icazə verməyib.



Әlaqәli Xәbәrlәr