İran Mehran sərhəd- keçid məntəqəsini yenidə bağladı

İran hökuməti İraqda hökumət əleyhinə davam edən nümayişlər səbəbiylə Mehran Sərhəd- keçid məntəqəsini yenidən bağladı.

1314739
İran Mehran sərhəd- keçid məntəqəsini yenidə bağladı

İran dövlət telekanalının xəbərinə görə, Keçid məntəqəsi yerli vaxtla saat 24: 00-dan etibarən İran vətəndaşlarının giriş-çıxışına bağlanıb. Bildirilib ki, xarici ölkə vətəndaşları sərhədi keçə biləcəklər.

Qeyd edək ki, rəsmi Tehran 30 Oktyabrda bağladığı sərhəd qapısının 25 Noyabrda yenidən açıldığını bildirmişdi. İran 3 Oktyabrda isə İraqdakı etiraz aksiyalarına görə Xusrevi və Kuzzabe sərhəd qapılarını bağladı, ancaq 3 gün sonra yenidən açdı

İraqın paytaxtı Bağdad başda olmaqla 1 Oktyabrdan bəri işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına etiraz məqsədiylə hökumət əleyhinə aksiyalar keçirilir.



Әlaqәli Xәbәrlәr