İran Avropa İttifaqına sərt reaksiya verdi

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musevi Avropa İttifaqının (Aİ) benzinin qiymətinin qalxması ilə ölkədə başlayan etiraz aksiyalarına dair açıqlamalarına reaksiya verib.

1310524
İran Avropa İttifaqına sərt reaksiya verdi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Federika Moqerinin ofisindən yayılan çağırışları pisləyən Musəvi : “Avropa İttifaqı daxili işlərimizə müdaxilə etmək əvəzinə, İrana verdiyi vədləri yerinə yetirməli hər şeydən əvvəl öz daxili problemlərini həll edərək qanun pozuntularına son qoymalıdır. Nüvə razılaşması ilə bağlı öhdəliklərini nəzərə alaraq İrana qarşı iqtisadi terrorizmə dəstək verməkdən imtina etməlidir.

Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerinin ofisindən İrandakı aksiyalar ilə bağlı yayılan açıqlamada, nümayişçilərə tətbiq edilən zorakılığın qəbul edilməz olduğunu, problemlərin dialoq yolu ilə həll edilməsinin lazım gəldiyi vurğulanmış və rəsmi Tehrana xalqın sosial media xidmətlərindən məhrum etməməsi haqqında çağırış edilmişdi.

 



Әlaqәli Xәbәrlәr