Suriyada rejim qüvvələri və Rusiya 15 gündə 56 dinc vətəndaşı öldürdü

Suriyada Əsəd rejimi və Rusiyanın 30 oktyabr-15 noyabrda İdlib gərginliyi azaltma bölgəsindəki hücumlarında 19-u uşaq olmaqla, 6-sı qadın 56 dinc vətəndaş həyatını itirib.

1308539
Suriyada rejim qüvvələri və Rusiya 15 gündə 56 dinc vətəndaşı öldürdü

Suriyada Əsəd rejimi və Rusiyanın 30 oktyabr-15 noyabrda İdlib gərginliyi azaltma bölgəsindəki hücumlarında 19-u uşaq olmaqla, 6-sı qadın 56 dinc vətəndaş həyatını itirib.

Suriya İnsan Haqları Şəbəkəsi 30 oktyabr-15 noyabrda İdlib gərginliyi azaltma bölgəsində dinc vətəndaşların öldürülməsinə dair hesabat yayıb.

Hesabata görə, həmin dövrdə rejim qüvvələrilə Rusiyanın İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə etdiyi hücumlarda  19-u uşaq olmaqla, 6-sı qadın 56 dinc vətəndaş həyatını itirib.

Həmin dövrdə rejim qüvvələrinin aralarında 6-sı uşaq, 2-si qadının olduğu 20 dinc vətəndaş öldürülüb.

Rusiyanın etdiyi hücumlarında isə 13-ü uşaq, 4-ü qadın 36 dinc vətəndaş həyatını itirib.

İdlib gərginliyi azaltma bölgəsi daxilində 46 (məktəb, ibadətxana, səhiyyə obyekti, mülki müdafiə mərkəzi) hədəf alındıqda, bu mərkəzlərdən 34-ü rejim, 12-si isə Rusiya hücumlarında hədəf alınıb.

Bunların 8-i məktəb, 5-i ibadətxana, 4-ü səhiyyə mərkəzi, 11 mülki müdafiə mərkəzi olmaqla cəmi 34 obyekt Əsəd rejimi qüvvələri tərəfindən hədəf alınıb.

Rusiyanın hücumlarında isə 2 iki məktəb və ibadətxana ilə 3 səhiyyə mərkəzi olmaqla 12 obyekt hədəf alınıb.

Hesabatda rejim qüvvələrinin hücumlarında ağ dəbilqəlilər könüllüsü bir nəfər və bir aktivistin öldürüldüyü məlumatı da yer alıb.  



Әlaqәli Xәbәrlәr