Milli Müdafiə Nazirliyi PKK/YPG-nin Tel Abyadda DEAŞ üzvlərini sərbəst buraxdığını bildirdi

Terror təşkilatı PKK/YPG Suriyadakı Tel Abyad həbsxanasından ən az 800 DEAŞ üzvünü sərbəst buraxdı.

1307994
Milli Müdafiə Nazirliyi PKK/YPG-nin Tel Abyadda DEAŞ üzvlərini sərbəst buraxdığını bildirdi

Terror təşkilatı PKK/YPG Suriyadakı Tel Abyad həbsxanasından ən az 800 DEAŞ üzvünü sərbəst buraxdı.

Milli Müdafiə Nazirliyinin açıqlamasında terror təşkilatı DEAŞ təhdidi qarşısında yüzlərlə itkisi olan və DEAŞ üzvü terrorçular ilk ortaya çıxdığından etibarən tərəddüdsüz bir iradə ilə ərazidə üzləşən tək ölkənin Türkiyə olduğu ifadə edildi.

Açıqlamada "Türkiyə sahədə terror təşkilatı DEAŞ ilə qarşı-qarşıya döyüşən tək NATO və koalisiya ölkəsi olaraq, Suriya və İraqda 4 mindən çox azğın DEAŞ üzvünü zərərsizləşdirdi. PKK/YPG terror təşkilatı isə, Tel Abyad həbsxanasındakı ən az 800-ə yaxın DEAŞ üzvünü sərbəst buraxdı. Məqsədi terror təşkilatlarını, xüsusən DEAŞ-ın bölgədən çıxarılması olan “Sülh çeşməsi” əməliyyatı və son dövrdə DEAŞ-ın qondarma liderinə qarşı həyata keçirilən əməliyyatlar da qətiyyətli olduğumuzun göstəricisidir" deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr