İranda məhkumların cəzalarının bağışlanması və ya azaldılmasınü dair təklif qəbul edilib

İranın dini lideri Ayətullah Əli Xamenei, 3500-dən çox məhkumun bağışlanması və ya cəzasının yüngülləşdirilməsini özündə ehtiva edən təklifi təsdiqlədi.

1306576
İranda məhkumların cəzalarının bağışlanması və ya azaldılmasınü dair təklif qəbul edilib

Dini liderin ofisindən yayılan yazılı açıqlamada: “Məhkəmə Hakimiyyəti Başçısı İbrahim Reisinin mülki və hərbi məhkəmələr tərifindən haqlarında hökm verilmiş məhkumların cəzasının azaldılması və bağışlanmasına dair təklifi qəbul edildi”. Açıqlamada Hz. Məhəmmədin və şiə məzhəbində 6-cı imam qəbul edilən İmam Cəfər-i Sadiqin anadan olmasının il dönümü münasibətiylə təklifin qəbul edildiyinə diqqət çəkilib.

Qeyd edək ki, İran Məhkəmə Hakimiyyətinin başçısı tərəfindən Xameneiyə yazılan məktubda 3 min 552 məhkumun cəzalarının azaldılması və ya bağışlanması təklif edilmişdi.

 



Әlaqәli Xәbәrlәr