İranda avtobus qəzası: çox sayda Əfqanıstanlı öldü

İranın Sistan-Bəlucistan əyalətində miqrantları daşıyan iki avtobusun bir-birinə çırpması nəticəsində 28 Əfqanıstanlı həyatını itirib.

1306640
İranda avtobus qəzası: çox sayda Əfqanıstanlı öldü

İran mediasının xəbərinə görə qəza Sistan-Bəlucistan əyalətinin Seravan- Haş şəhərləri arasında gecə saat 2:30 radələrində baş verib. Avtobuslardadakı sərnişinlərin hamısı ölkəyə qeyri qanuni yollardan daxil olmuş Əfqanıstanlılar olub. Qəza nəticəsində sərnişinlərdən 28-i həyatını itirib, 26-sı yaralanıb. Bildirilib ki, yaralılar Haşdakı xəstəxanalarda yerləşdiriliblər.

 



Әlaqәli Xәbәrlәr