Türkiyə və Rusiya hərbi dəstələrinin quruda göstərdiyi 5-ci patrul xidməti tamamlandı

Türkiyə və Rusiya hərbi dəstələrinin Suriyanın şimalında quruda göstərdiyi 5-ci patrul xidməti noyabrın 12-də Fəratın şərqindəki Aynularapda həyata keçirildi.

1305294

Türkiyə Milli Müdafiə Nazirliyinin bununla bağlı açıqlamasında bildirilib:

“Fəratın şərqində yerləşən Aynularap bölgəsində Türkiyə-Rusiya hərbi birliklərinin hər birindən 4 maşın və pilotsuz uçuş aparatları (PUA) ilə iştirak etdiyi qurudakı 5-ci patrul xidməti tamamlandı”.

Qeyd edək ki, Türkiyə və Rusiya əsgərləri oktyabrın 22-də Soçidə qəbul edilən razılaşma çərçivəsində patrul xidməti fəaliyyətlərini davam etdirir.

Әlaqәli Xәbәrlәr