DEAŞ-a ağır zәrbәlәr endirilib, 14 terrorçu öldürülüb

Bu darәdә mәlumatı İraq Müdafiә Nazirliyi yayıb.

1305612
DEAŞ-a ağır zәrbәlәr endirilib, 14 terrorçu öldürülüb

 

 

İraqda terror tәşkilatı DEAŞ-ın mövqelәrinә tәşkil edilәn hücumlar nәticәsindә 14 terrorçu öldürülüb.

Bu darәdә mәlumatı İraq Müdafiә Nazirliyi yayıb. Mәlumata әsasәn, DEAŞ-ın Bağdadın şәrqindәki Diyala vilayәtindәki mövqelәrinә ağır zәrbәlәr endirilib. Әmәliyyat nәticәsindә 14 terrorçunun öldürüldüyü bildirilir.

Terror tәşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mosul başda olmaqla İraq torpaqlarının üçdә bir hissәsini nәzarәtinә keçirmişdi. İraq qüvvәlәri 2017-ci ilin dekabr ayında hәmin әrazilәrin böyük bir hissәsini  nәzarәtinә keçirdiyini açıqlamışdı.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ  Kәrkük , Diyala, Mosul, Sәlahәddin vә Әnbar vilayәtlәrindә hücumlar törәtmәyә davam edir.



Әlaqәli Xәbәrlәr