Banqladeşdə iki qatar toqquşdu, ölənlər oldu

Banqladeşin şərqində iki qatarın toqquşması nəticəsində meydana gələn qəzada ilk məlumatlara görə 16 nəfər həyatını itirib.

1305081
Banqladeşdə iki qatar toqquşdu, ölənlər oldu

Banqladeş mətbuatının məlumata görə, paytaxt Dəkkədən 100 kilometr şərqdə, Brahmanbaria bölgəsindən Çittaqonq və Dəkkəyə gedən iki qatar yerli vaxtla saat 3-də birbirinə çırpılıb. Hadisənin yarandığı əraziyə cəlb olunan xilasetmə qrupları dağıntıların altından 16 nəfərin  meyidini çardıqlarını bildiriblər. Qəzada ən az 40 adam da yaralanıb. Yaralıların xəstəxanada yerləşdirildiklərini ifadə edən səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini qeyd ediblər.

Qəzanın səbəbinə dair məlumat yayılmayıb.



Әlaqәli Xәbәrlәr