İran yeni hərbi maşınını təqdim etdi

Bu maşın 17 min 700 kiloqram yükgötürmə qabiliyyətinə malikdir və biri 60 ton olmaqla iki tankı uzaq məsafəyə daşıya bilər.

1303523
İran yeni hərbi maşınını təqdim etdi

 

  İranın hərbi sənaye kompleksi istehsal etdiyi yeni hərbi yük avtomobilini təqdim edib.

  Noyabrın 10-da İran ordusunun baş qərargah rəisi general, Məhəmməd Baqerinin iştirakı ilə “Kiyan 700” tipli tank daşıyan maşın piyada qoşunlarının istifadəsinə verilib.

  Təqdimat mərasimində qeyd olunub ki, yeni maşın tam olaraq İran istehsalıdır. Bu maşın 17 min 700 kiloqram yükgötürmə qabiliyyətinə malikdir və biri 60 ton olmaqla iki tankı uzaq məsafəyə daşıya bilər.



Әlaqәli Xәbәrlәr